AZ

Estoniya Dil haqqında Qanunu sərtləşdirir və cərimələri qaldırır

"İnsanlara eston dilində xidmət göstərilməsi imkanı Estoniyada olmasa, bəs harada olacaq?.."
 
Estoniya Təhsil və Elm Nazirliyi Dil haqqında Qanuna dəyişikliklər layihəsini təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Postimess.ee" nəşri məlumat verib. Məlumatı "mixnews.lv" nəşri yayıb.
 
Düzəlişlər layihəsi eston dili biliklərinə nəzarəti gücləndirəcək, dövlət sektorundakı müəssisələrdə eston dilində inzibatçılığı təmin edəcək, cərimələri artıracaq və üçüncü dəfədən səviyyə imtahanını ödənişli edəcək.
 
Təhsil və Elm naziri Kristina Kallas deyib ki, ölkə üçün dil tələblərinə riayət edilməsinin zəruriliyi barədə dəqiq siqnal vermək vacibdir.
 
"İşverənlərlə birlikdə biz gələcəkdə həyatın bütün sahələrində işlərimizi eston dilində apara bilməyimiz üçün daha da tələbkar olmalıyıq", - Kallas deyib.
 
O, əlavə edib ki, insanlara eston dilində xidmət göstərilməsi imkanı, - mağazaya gedəndə və ya hakimiyyətlə ünsiyyətdə olanda, - olmasa, bəs harada olacaq?
 
"Texnologiyalarla zəngin olan müasir dünyada eston dilini öyrənmək və zərurət olduqda tərcümə etmək üçün çoxsaylı ağıllı variantlar mövcuddur", - nazir deyib.
 
Qanun layihəsi cərimələrin maksimal səviyyəsini hüquqi şəxslər üçün 9 600 avroya, fiziki şəxslər üçün 1280 avroya qaldırır.
 
Eston dilini bilmək dövlət xidməti göstərən o cümlədən yerli özünüidarə orqanları və dövlət-hüquq orqanları daxil olmaqla bütün müəssisələrdə tələb edilir.
 
Eston dilində imtahanları daha səmərəli etmək üçün nazirlik eyni imtahanı üçüncü və daha  çox dəfə verənlər üçün dövlət rüsumu tətbiq etməyi təklif edir.
Seçilən
13
moderator.az

1Mənbələr