AZ

Ərdoğan: Milli təhlükəsizliyə təhdid olarsa, Türkiyə Suriyada müxalifətə qarşı tədbir görəcək

Ərdoğan: Milli təhlükəsizliyə təhdid olarsa, Türkiyə Suriyada müxalifətə qarşı tədbir görəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Suriyadakı müxalifət, eləcə də Kürdüstan Fəhlə Partiyası (PKK) və ona bağlı silahlı birləşmələrin Suriyadakı təhdidləri qarşısında milli təhlükəsizliyini qorumaq üçün tədbirlər görəcək. AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, bu barədə Türkiyədə səfərdə olan ABŞ-ın dövlət katibi Antoni Blinkenə deyib.“Prezident Ərdoğan bildirib ki, Türkiyə öz milli təhlükəsizliyi naminə bütün terror təşkilatları, xüsusilə PKK və onlarla əlaqəli Suriya birləşmələri, həmçinin və İslam Dövləti (İŞID) ilə bağlı tədbirlər görəcək. O diqqətə çatdırıb ki, Türkiyə NATO ölkəsi olaraq PKK və ona bağlı qrupların Suriyadakı vəziyyətdən yararlanmaq cəhdlərinə mane olacaq. O, hər fürsətdən istifadə edəcək və heç vaxt İŞİD-lə mübarizədə zəifliyə yol verməyəcək”, - deyə Türkiyə prezidentinin administrasiyandan verilən açıqlamada bildirilir.“Türkiyə əvvəldən Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa sadiqdir və beynəlxalq ictimaiyyət Suriyanın dirçəlişi və yenidən qurulmasında əməkdaşlıq etməlidir. Türkiyə bütün sahələrdə Amerika ilə əlaqələrini inkişaf etdirmək üçün səylərini davam etdirəcək” - Ərdoğan vurğulayıb.

Seçilən
32
8
afn.az

10Mənbələr