1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakının Binəqədi rayonunda 23 yaşlı oğlan intihara cəhd edib.
APA xəbər verir ki, hadisə Binəqədi rayon 3-cü mədən küçəsi, 25 ünvanında qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Ramil Almuran oğlu Murtuzov bibisinin yaşadığı evə qonaq gəlib.
O, qonaq olduğu evdə özünə mətbəx bıçağı ilə zərbələr vurub. Qohumları onu Kliniki Tibbi Mərkəzə yerləşdiriblər.
Cərrahiyyə əməliyyatı edilən R.Murtuzovun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Fakt hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.