AZ

Masallı Sənaye Məhəlləsində 2,2 milyonluq məhsul istehsal edilib

Cari ilin ilk 9 ayında dövründə Masallı Sənaye Məhəlləsində 2,2 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.

Valyuta.azxəbər verir ki, bu, 2023-cü ilin 9 ayında 1,9 manatlıq məhsul istehsalı ilə müqayisədə 300 min manat və ya 15% çoxdur. İstehsal olunan məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya kapitalı 6,2 milyon manat olan 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək görülmüş işlərə 2,1 milyon manat investisiya yatırılıb, 70 nəfərlik iş yeri yaradılıb.

Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 4,1 milyon manat investisiyanın yatırılması 159 iş yerinin yaradılması nəzərdə tutulur. Masallı Sənaye Məhəlləsində indiyədək 14,2 milyon manatlıq məhsul istehsal edilib. Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. 

Seçilən
0
5
valyuta.az

10Mənbələr