AZ

Rusiya XİN: Moskva, Bakı və İrəvan arasında razılaşmaların həyata keçirilməsi üçün bütün səyləri göstərəcəyik

Rusiya, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün mümkün olan hər şeyi edirik və edəcəyik.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

M.Qaluzin 2020-2023-cü illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əhəmiyyətini vurğulayıb.

"Moskva Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh sazişinin imzalanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır. Biz, həmçinin Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiya və demarkasiyasının, eləcə də Bakı və İrəvan arasında əlaqələrin artıq yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq", - o bildirib.

Seçilən
10
8
report.az

9Mənbələr