AZ

Rusiya XİN: Üçtərəfli razılaşmaların həyata keçirilməsinə dair səylər göstərəcəyik

Rusiya Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün mümkün olan hər şeyi edir və edəcək.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O, 2020-2023-cü illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əhəmiyyətini vurğulayıb:

"Moskva Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh sazişinin imzalanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır. Həmçinin, Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiya və demarkasiyasının, eləcə də Bakı və İrəvan arasında əlaqələrin artıq yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq".


Telegram kanalımız
Seçilən
10
8
yenisabah.az

9Mənbələr