AZ

Rafael Hüseynov “Şirməmməd Hüseynov mükafatı”nın yeni qalibi OLDU

Milli Məclisin sədr müavini Rafael Hüseynov “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub.

Viral.az xəbər verir ki, bu barədə Parlament Jurnalistləri Birliyinin nəzdində yaradılmış “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.

O qeyd edib ki, “Şirməmməd Hüseynov mükafatı”nın Əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın builki qalibi Milli Məclisin sədr mavini Rafael Hüseynov olub.

Son Yazılar:

A.Hüseynli bildirib ki, Rafael Hüseynov milli ziyalı olaraq bütün fəaliyyəti ilə hər zaman dövlətimizə xidmət edib.

“Ümumilikdə Komissiya üzvləri tərəfindən 8 namizəd irəli sürülmüşdü. Komissiya üzvlərinin yekdil fikrilə Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov qalib elan olundu”.

A.Hüseynli deyib ki, Rafael Hüseynov həm jurnalist, yazıçı, alim, həm də millət vəkili kimi hər zaman örnək olub, daim milliliyi təbliğ edib.

“O, ayrı-ayrı ölkələrdə, beynəlxalq təşkilatlarda da hər zaman Azərbaycan davası edib. Bu baxımdan o, “Şirməmməd Hüseynov” mükafatına layiq görülüb”. 

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistləri Birlyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il tarixində qəbul edilib. 

2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, 2023-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə olub.

Seçilən
0
15
viral.az

10Mənbələr