AZ

Taksi sürücüləri və beynəlxalq sərnişin və yük daşımaları operatorunun məsul şəxsləri üçün imtahan keçiriləcək

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıqkeçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahankeçirəcək. Həmin gün beynəlxalq sərnişin və yük daşımalarıfəaliyyətinin operatorunun məsul şəxsləri üçün də imtahan təşkilolunacaq.

Trendxəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1542nəfər qeydiyyatdan keçib.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçünimtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri,Binəqədi rayonu, S.S.Axundov, 50) və DİM-in Gəncə RegionalBölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətininoperatorunun məsul şəxslərinin imtahanı isə DİM-in elektronimtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov,50) keçiriləcək.

DİM iştirakçıların nəzərinə çatdırır ki, imtahana buraxılışvərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçünayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər.Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çapedə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtdaimtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələn namizədlər buraxılış vərəqəsi və şəxsiyyətvəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilənsənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqdanamizəd imtahana buraxılmayacaq.

Bir saat davam edəcək imtahanda taksi minik avtomobilisürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranışvə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyənnormativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişinvə yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isəpeşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hərtapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablardüzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox baltoplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox baltoplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərimtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiqşəhadətnamələr təqdim edilir.

Seçilən
1
5
az.trend.az

10Mənbələr