AZ

18 yaşında rekord qırıb dünya çempionu oldu – Fotolar

Hindistanlı qrossmeyster Qukeş Dommaracu şahmat üzrə 18-ci dünya çempionatının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, Sinqapurda keçirilən yarışın həlledici görüşündə o, çinli məşhur şahmatçı Din Lirenə qalib gəlib. Q.Dommaracu rəqibini 7,5-6,5 hesabı ilə məğlub edib.

Yeni dünya çempionu ilə bağlı ən diqqətçəkən məqam isə onun 18 yaşının olmasıdır. Hindistanlı qrossmeysterin bu yaşda dünya birinciliyində qalib olması böyük müzakirələr səbəb olub. Həmçinin o, təcrübəli şahmatçı Din Lireni məğlub etməklə buna nail olduğu üçün diqqətləri üzərinə çəkə bilib.

Onun final görüşündəki qələbəsi isə rəqibi D.Lirenin etdiyi böyük səhvdən sonra olub. Q.Dommarcu da bunu etiraf edib. Gənc qrossmeyster bildirib ki, əvvəlcə rəqibinin səhvini anlamayıb: “Onun səhv etdiyi əvvəlcə dərk etmədim. Bunu görəndə isə xoşbəxt oldum. Həyatımın ən yaxşı anı idi”.

Daha sonra o xəyallarından danışıb: “7 yaşımdan şahmatla məşğulam və xəyalım bu anı görmək idi. İstənilən qrossmeyster bu anı yaşamaq istər. Amma həyat az adama belə şans verir. İndi isə xəyalımı yaşayıram. Çox möcüzələr var idi”.

Qeyd edək ki, Q.Dommaracu ən gənc dünya çempionu adına da yiyələnib. İndiyə qədər bu rekord 1985-ci ildə dünya birinciliyinin qalibi olan Qarri Kasparova məxsus idi. O, 22 yaşında qızıl medalı əldə edə bilmişdi.

 

Seçilən
0
2
tribunainfo.az

3Mənbələr