AZ

Şəkidə 3 nəfər canavar hücumuna məruz qaldı

Şəkidə 3 nəfərə canavar hücum edib.

Yenisabah.az xəbər verir ki, hadisə Şorsu kəndində qeydə alınıb.

Kənd sakini Seymur İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb və ona xəsarət yetirib.

Cumakənd kəndində isə 68 yaşlı Səfərəli Həsənov və 28 yaşlı Məhəmməd Məmmədov canavar hücumundan xəsarət alıblar.

Həmin şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.


Telegram kanalımız
Seçilən
0
22
yenisabah.az

9Mənbələr