AZ

Beyons ərinin soyadından imtina edib?

Dünya pop səhnəsinin ulduzu Beyons adı dəhşətli cinayyətdə hallanan həyat yoldaşı, repçi Cey-Zinin soyadından imtina edib

OLAY yazır ki, Cey Zi (əsl adı   - Şon Karter) ürpertici bir təcavüz hekayəsində adının çəkilməsindən sonra “Forbes” dərgisində çıxan ilin “ən güclü qadınları” yeni məqaləsində pop diva “Knowles-Carter” (müğənninin qanuni adı – red.) deyil, “Beyonce Nouls” kimi yazılıb.

Beyonsun tərəfdarlarının fikrincə “Forbes” redaktorları müğənninin nümayəndələrinin razılığı olmadan yaza bilməzlər və buna görə də bu hadisə ifaçının əslində ərinin soyadından imtina edə biləcəyi barədə şayiələrə səbəb olub.

Gəzən söz-söhbətlərə görə cütlüyün münasibətlərində sərin küləklər əsir. Müğənni karyerasının məhv olacağından qorxur və Cey Zidən tamamilə qəzəbli haldadır.

Qeyd edək ki, 55 yaşlı repçi Cey Zi hazırda həbsdə olan həmkarı və dostu Pi Diddi (əsl adı - Şon Kombs) ilə birlikdə 13 yaşlı qıza təcavüz etməkdə günahlandırılır.

Seçilən
5
olay.az

1Mənbələr