Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.
Axar.az Modern.az-a istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Minatəmizləmə fəaliyyəti haqqında” Qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.
Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.