AZ

"Hətta qaynaqçılar belə ölkəni tərk edirlər" - Deputat

"İlk növbədə çalışmalıyıq ki, yüksək ixtisaslı kadrlar ölkəmizi tərk edib getməsinlər. Bəzi dövlət müəssisələrinin tanıdığım rəhbərləri ilə söhbət əsasında onlar qeyd edirlər ki, müəyyən həddən artıq maaş verə bilmirlər. Hətta qaynaqçılar belə ölkəni tərk edib gedirlər. Ona görə ki, onlara işlərinə görə başqa ölkələrdə 3-4 dəfə artıq maaş verirlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Nazirlər Kabineti yüksək ixtisaslı sahələr hansılardırsa, onun siyahısını çap etməlidir. O sahədə çalışan yerli mütəxəssislərin dövlət və özəl sektorda olmasından asılı olmayaraq, onlar üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Mənə müraciət edənlər bildirirlər ki, onlar da güzəştli ipotekadan istifadə edə bilsə idilər, bu, çox yaxşı olardı. Stimul olardı ki, həmin insanlar ölkəni tərk etməsinlər", - deyə deputat bildirib.

Anar Kəlbiyev

Seçilən
7
unikal.az

1Mənbələr