AZ

"Reklamda 9 deyilir, amma gedib görürsən ki, 20 faizlik kredit verilir" - Bankların FAİZ ŞOUSU

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dara düşən, maddi sıxıntı yaşayan, hansısa problemlərini qaydasına qoymağa çalışan vətəndaşların çıxış yolu kimi ağıllarına gələn ilk variant banklardan kredit götürmək olur. Ehtiyaclı vətəndaşlar banklara yönəlməzdən əvvəl onların faizləri arasında seçim edirlər. Burada bir çox bankın reklamları əsas rol oynayır.
Oxu.Az-ın redaksiyasına gələn şikayətləri və sosial şəbəkələrdə yazılanları əsas tutsaq, əksər bankların saxta faizlər təqdim etdiyi iddia olunur.
Görünən reallıq odur ki, banklar reklamlarda doqquz faizlik kreditlər təklif edirlər. Vətəndaşların iddiası isə odur ki, bu reklamlar müştərini cəlb etmək üçün manipulyasiyadır və saxtadır. İddia olunur ki, reallıqda banklar 15-20 faizlik kreditlər təklif edirlər, kreditləri reklamlarda qeyd olunan faizlərlə almaq mümkün deyil.
Maraqlıdır ki, bu məsələyə kim nəzarət edir? Reallıqda vəziyyət nə yerdədir?
Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, süni reklamlara qarşı mübarizənin gücləndirilməsi çox vacibdir:
"Çünki bəzi hallarda reklamda elan olunan rəqəmlər və ya güzəştlərlə reallıqda olan rəqəmlər üst-üstə düşmür. Bu da nəticədə vətəndaşın reklama aldanaraq həmin xidmətdən istifadə etməsi ilə nəticələnir. Sonradan məlum olur ki, reklamda təklif olunan xidmətlə reallıqda təqdim olunan xidmət fərqlidir. Məsələn, reklamda doqquz faiz deyilsə də, sonradan məlum olur ki, daha yuxarı faizli kredit təklif edilib. Çox vacibdir ki, bu istiqamətdə nəzarət gücləndirilsin. Rusiyanın təcrübəsinə baxsaq, orada süni reklamlara qarşı mübarizə həyata keçirilir. Bu barədə qanun qəbul edilib və süni reklamlar qadağandır. Azərbaycanda da monitorinqlərin genişləndirilməsinə ehtiyac var ki, istehlakçıların hüquqları pozulmasın".
İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, banklar müştəri cəlb etmək üçün müxtəlif xərcləri çıxmaqla yalnız faizi göstərərək spekulyasiya edirlər:
"Reklam haqqında" Qanunda bu məsələnin yolverilməz olduğu öz əksini tapır. Dövlət Reklam Agentliyi bu məsələlərin monitorinqini aparmalıdır və sözügedən situasiyaya görə bankları cərimələməlidir. Bankın yalan reklamı təbliğ etməsi qətiyyən yolverilməzdir. İnkişaf etmiş ölkələrdə bu məsələlərə çox ciddi nəzarət həyata keçirilir".
Ekspert əlavə edib ki, bankları sıxışdırmaqla kredit faizlərini aşağı endirə bilmərik:
"Fikrimcə, kommersiya banklarına Mərkəzi Bank donorluq etməlidir. Mərkəzi Bank kommersiya banklarına 3-5 faizlik ucuz kreditlər verməlidir. Kommersiya bankına 3 faizlik ucuz kredit verilsə, onlar da vətəndaşlara uzağı 7-8 faizlik kredit ayıra bilərlər. Kredit faizlərini aşağı salmaq üçün kredit portfelindəki əmanətlərin payını azaltmalıyıq".
Məhərrəm Əliyev
Seçilən
22
50
oxu.az

10Mənbələr