AZ

“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsi parlamentdə birinci oxunuşda təsdiqlənib

“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 13-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

“Diplomatik Xidmət haqqında” yeni qanun layihəsi beş fəsil və 31 maddədən ibarətdir. Layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlər araşdırılıb. Bununla yanaşı, diplomatik xidmət sahəsində beynəlxalq təcrübə və dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının aidiyyəti normaları öyrənilib. Layihə diplomatik xidmət sahəsinin müasir tələblərə uyğun təşkilini və hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Yeni qanun diplomatik xidmətdə tənzimlənməyən aktual məsələlərin həllinə, hüquqi əsasların yenilənməsinə, əməkdaşların hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsinə, rotasiya və beynəlxalq təşkilatlarda fəaliyyət kimi bir sıra mühüm məsələlərin həllinə yönəlib.

Layihəyə əsasən, diplomatik xidməti orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və diplomatik xidmət əməkdaşlarının attestasiyası həyata keçiriləcək. Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələrində xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən, müvafiq diplomatik və ya inzibati vəzifədə təqvim ilinin sonunadək azı altı ay daimi xidmət (qulluq) keçən diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.

Peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarının (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik rütbə verilən və xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələrində xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla) attestasiyası keçirilir. Yalnız müvafiq diplomatik vəzifədə azı bir il daimi xidmət keçən diplomatik xidmət əməkdaşları attestasiyadan keçirilə bilərlər. Diplomatik xidmət əməkdaşlarının attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.

Qeyd edilənlər nəzərə alınmaqla, diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət keçən diplomatik xidmət əməkdaşları rotasiya əsasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilirlər. Diplomatik xidmət əməkdaşlarının attestasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

Seçilən
1
5
yeniazerbaycan.com

7Mənbələr