Rusiya çempionatında yaranmış fasilə müddətində Bakıya səfərə gələn “Krasnodar” klubunun baş məşqçisi Murad Musayev “Sabah” Futbol Mərkəzində qonaq olub.
Msport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Musayev burada “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və baş məşqçisi Vasili Berezutski ilə görüşüb.