AZ

Dünya şöhrətli alimi "vətən xaini" elan ediblər

Dünya

Rusiyalı alim Tamara Eydelmana qarşı rus ordusunu "diskreditə etmək" ittihamı ilə yeni protokol tərtib edilib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, Moskvada Doroqomilovski məhkəməsi Tamara Eydelmana qarşı inzibati iş materiallarını artıq icrata götürüb.

Tarixçi-alim Eydelmana qarşı irəli sürülən iddia, mahiyyətinə görə onun guya məqsədli şəkildə Rusiya ordusunu "diskreditə etmək", eləcə də ordunu insanların gözündən salması ilə bağlıdır.

Cavabdeh Rusiya qanunlarına əsasən İnzibati Məcəllənin 20.3.3-cü maddəsinin 1-ci hissəsi ilə ittiham olunur.

Tamara Eydelman hələ ki, belə təqiblərin səbəbini dəqiq bilmir.

İş üzrə məhkəmə iclası dekabrın 26-na təyin edilib.

T. Eydelman Rusiyada tarixçi-alim, müəllimə və azad fikir sahibi olan ziyalı kimi tanınır. O, Putin rejiminə nifrət etdiyinə görə, uzun müddət əvvəl Rusiyanı tərk edib, xaricdə yaşayır. Lakin alim hələ də vətənində sevilir. "YouTube" kanalında onu izləyən, mühazirələrini dinləyən abunəçilərin sayı 1 milyon 700000 nəfəri ötüb.

2022-ci ilin 9 sentyabrında tarixçi-alim və pedaqoq, professor, Rusiyanın əməkdar müəllimi, yazıçı, tərcüməçi, özünün tərtib etdiyi müəllif proqramının aparıcısı, daim mövcud hakimiyyətə müxalif mövqeyi ilə seçilən T. Eydelman Putin iqtidarının birbaşa göstərişi sayəsində "rəhbərliyin, dövlətin, xalqın ziddinə zərərli fikirlərinə" görə "xarici agent" elan edilib.

Bir müddət ötəndən sonra - 2024-cü ilin martında Moskvanın Doroqomilovski məhkəməsinin qərarı ilə Eydelmana 50 min rubl cərimə kəsilib. 2024-cü il noyabr ayının sonunda isə paytaxt Moskvanın Taqanski məhkəməsi Eydelmana qarşı növbəti inzibati iş açıb. Bu növbəti işə isə dekabr ayının 27-də baxılacaq.

2024-cü ilin iyununda məlum olub ki, 64 yaşlı tarixçi Eydelmana bu dəfə daha ciddi ittiham verilib. Ona qarşı "nasizmin reabilitasiyası", Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi üzrə yeni və ağır cinayət işi açılıb.

Moskva Şəhər Prokurorluğundan T. Eydelmanın işi ilə bağlı bildiriblər ki, o, paylaşdığı video dərslərdə dəfələrlə "Rusiyanın hərbi şöhrət gününə açıq-aşkar bir şəkildə hörmətsizlik ifadə edən" sözlər işlədib.

Oqtay QORÇU
Seçilən
15
reyting.az

1Mənbələr