Türkiyə və ABŞ Suriya məsələsində razılıq əldə ediblər. "Cebheinfo.az" bu barədə Türkiyə mətbuatına isitnadən yazır.
Belə ki, ABŞ-nin dövlət katibi Entoni Blinken bu gün baş tutan səfərdən sonra Vaşinqton və Ankaranın Suriyanın gələcəyi ilə bağlı baxışda geniş şəkildə razılaşdıqlarını deyib.
“Biz önümüzdəki fürsətə və Suriya xalqına diqqət yetirmişik. Biz Suriya xalqını Bəşər Əsədin buxovlarından azad etməyə sadiqik. Türkiyə Prezidenti Ərdoğan, xarici işlər naziri Hakan Fidanla müzakirələrimiz zamanı Suriyanın gələcəyini görmək üçün atacağımız addımlar barədə geniş şəkildə razılığa gəldik", - dövlət katibi bildirib.
Xəzər
“Cebheinfo.az”