AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşla bağlı açıqlama verib.
Yenicag.az İdman.biz-ə istinadən xəbər verir ki, o, portuqaliyalı məşqçinin istefaya gedəcəyi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib.
S.Hacıyev bu məlumatı təkzib edib:
“Onun istefaya göndərilməsi mümkün deyil. Hazırda Fernandu Santuş DÇ-2026-nın püşkatması ilə bağlı İsveçrənin Sürix şəhərindədir. İşinin başındadır və davam edir”.