Fins.az xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 6.253 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onlardan 5.983-ü fiziki şəxslər, 270-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artım deməkdir.
Qeydiyyata alınan kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyatdan keçib.