15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir.
Herbiand.az xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Hazırda qanuna əsasən, həmin şəxslər yanvar-mart ayları ərzində qeydiyyata alınır. Dəyişikliyə əsasən isə qeydiyyat yanvar-may aylarında aparılacaq.