AZ

Putin Əsədi Qəddafi kimi öldürülməməsi üçün qaçırıb

Suriyada müxalifətin 61 illik BAAS rejimini devirməsindən sonra ölkəsindən qaçaraq Rusiyaya sığınan Bəşər Əsədin mövzusu gündəmdən düşmür. 

Bununla belə, Putinin Bəşər Əsədin Suriyadan qaçmasından sonra vəziyyətlə bağlı lazımi məlumatı vermədiyi üçün agentlərinə qəzəbləndiyi üzə çıxıb. 

Məlum olub ki, Rusiya əslində Qəddafi kimi öldürülməmək üçün Əsədi xilas etmək qərarına gəlib.

“Cebheinfo.az” “Bloomberg”-ə istinadən xəbər verir ki, Rusiya Əsədi ölkəni tərk etməyə razı salmalı olub və Rusiya kəşfiyyatçıları onun Moskvaya qaçmasını təşkil ediblər. Xəbərə görə, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qətlini unuda bilməyən Kreml Əsədin Qəddafinin öldüyü kimi Liviyada ölməsini istəmədiyi üçün onu Suriyadan xilas etmək qərarına gəlib. 

“Bloomberg” Kremldəki mənbələrə əsaslanaraq yazıb ki, Rusiya Prezidenti Vladimir Putin Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədin hakimiyyətinə qarşı təhdidləri aşkar etməkdə Rusiya kəşfiyyatının qeyri-kafi işini araşdırıb. 

“Bloomberg”-ə danışan mənbələr Rusiya kəşfiyyatçılarının Əsədin qaçmasına şərait yaratdıqlarını və onu Suriyadakı Rusiya hərbi bazasından keçirdiklərini açıqlayıblar. 

Əməliyyatın təsbit edilə bilməməsini təmin etmək üçün Əsədin nəqliyyat təyyarəsindəki transponder siqnalının izlənilməsinin qarşısını almaq üçün tədbirlər görülüb. 

Britaniyanın “Guardian” qəzeti yazıb ki, Suriyanın devrilmiş prezidenti və ailəsi çətin ki, Rusiyada ekstravaqant həyat yaşasınlar:

“Bunun əvəzinə onlar, yəqin ki, tənha bir malikanədə gizlənəcək, camaatın gözündən uzaqda yaşayacaqlar”.

Əməliyyat o qədər məxfi şəraitdə aparılıb ki, hətta diktatorun qardaşına belə məlumat verilməyib: 

“10 il əvvəl Bəşər Əsədin hakimiyyətinə müdaxilə edərək onun hakimiyyətini xilas edən Rusiya hərbi qüvvələri olub. Indi isə Moskva Əsədə şəxsi qaçış yolu təqdim etdi".

phrase_var_article.chosen
59
50
cebheinfo.az

10phrase_var_article.sources