“Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) “Deputatlar, hakimlər və prokurorlar arasında korrupsiyanın qarşısının alınması” adlı daha bir hesabat dərc edib ki, bu da Paşinyan hakimiyyəti üçün sarı vərəqə kimi qiymətləndirilə bilər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu məlumat yerli “Hraparak” qəzetində yayılıb.
“Hesabatda rəsmi şəxslər tərəfindən bəyannamə prosesində çoxlu boşluqların olduğu qeyd olunub. Sənəddə yazıldığlna görə, erməni rəsmiləri bəyannamələrdə tam məlumat vermirlər, onların yoxlanılması prosesi də səthidir.
Maraqların toqquşması məsələsi, yalnız hansısa məmurun bəyannaməsi ictimai müzakirəyə çıxarıldığı hallarda müzakirə edilir, ən əsası isə ona qarşı heç bir sanksiyalar tətbiq edilmir. Üstəlik, korrupsiyanın çiçəklənməsinin qarşısını alacaq siyasi məsuliyyət institutu da işləmir”,-deyə yazıda qeyd olunub.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta