AZ

Kollecdə oxuyan oğlanlar hərbi xidmətdən AZAD OLUNURLAR

Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara möhlət veriləcək yaş həddi dəyişir. SİA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 22 yaşınadək bir dəfə möhlət verilir. Layihəyə əsasən, bu yaş həddi 21-ə endirilir. Başqa sözlə, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək bir dəfə möhlət veriləcək.

Seçilən
4
17
sia.az

10Mənbələr