AZ

Deputat: "Hər kəsin hərbi xidmətə məcburi çağırılması vacib deyil”

Deputat:

Milli Məclisdə magistr dərəcəsi almış və rezidenturanı bitirmiş şəxslərin müvafiq vəsait ödəmək qarşılığında hərbi xidmətdən azad edilməsi təklif olunub.

Reyting.az
xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Sovet dövründən qalma fikir var ki, kişidirsə, mütləq hərbi xidmətdən keçməlidir. Elə gənclərimiz var ki, onlar kompüter arxasında daha faydalıdırlar. Hərb özü də bir sənətdir. Hərbi xidmətə yararlı olsa da, hər kəsin hərbi xidmətə məcburi çağırılması vacib deyil”.

O həmçinin təklif edib ki, ikidən artıq övladı olan və ailənin yeganə gəlir mənbəyi olan kişilərə də möhlət hüququ hansısa şəkildə tətbiq edilsin(Report).
Seçilən
2
12
reyting.az

10Mənbələr