Azərbaycanın qadın idman gimnastikası üzrə hakimləri Anjella Abdullayeva və Kristina Pravdina fərqləniblər.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, onlar İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarını uğurla başa vurublar.
Yüksək nəticə göstərən hakimlərimizdən Anjella Abdullayeva birinci, Kristina Pravdina isə ikinci kateqoriyaya yüksəlib.