AZ

Fransa 73 yaşlı keçmiş müttəfiqini baş nazir təyin etdi

Fransa prezidenti Emmanuel Makron "Demokratik Hərəkat"ın (MoDem) lideri Fransua Bayrunun yeni baş nazir olacağını açıqlayıb.

Bu barədə Qaynarinfo Yelisey sarayının bəyanatına istinadən xəbər verir.

73 yaşlı Bayru bu vəzifədə sağçı və solçuların səyləri ilə istefaya göndərilən Mişel Barnieri əvəz edəcək.

"Respublika prezidenti Fransua Bayrunu baş nazir təyin edib və ona hökuməti formalaşdırmağı tapşırıb", deyə məlumatda qeyd edilir.

Bayru 2017-ci ildə Makronun müttəfiqi olub. Son illərdə o, prezidentdən uzaqlaşsa da, Makronun çevrəsində nüfuzunu qoruyub saxlayır. Onun Milli Assambleyadakı əksər siyasi qüvvələr, o cümlədən Le Penin Milli Birlik Partiyası tərəfindən yaxşı qarşılandığı bildirilir.

Qeyd edək ki, daha əvvəl qeyri-rəsmi olaraq Makronun hazırkı müdafiə naziri Sebastyen Lekornü, MoDem lideri Fransua Bayru və solçu siyasətçi və keçmiş baş nazir Bernar Kaznöv da daxil olmaqla, baş nazir postuna bir neçə potensial namizədin olduğu bildirilirdi.

Nizami Bağırov
Seçilən
20
1
qaynarinfo.az

2Mənbələr