AZ

AÇG-dən 600 milyonuncu ton neft hasil edilib

?Azəri-Çıraq-Günəşli? (AÇG) neft yataqları blokundan 600 milyonuncu ton neft hasil edilib.

Bu barədə layihənin operatoru olan BP tərəfdaşları – “SOCAR”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “TPAO”, “ITOCHU” və “ONGC Videsh” bəyan edib.

Məlumata görə, ümumilikdə hasil edilmiş 600 milyon ton neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.

Qeyd olunub ki, AÇG üzrə saziş ilkin olaraq 20 sentyabr 1994-cü il tarixində imzalanıb. İlk neft Çıraq yatağından 7 noyabr 1997-ci il tarixində əldə edilib. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 45 milyard dollar investisiya qoyulub.

Xatırladaq ki, 14 sentyabr 2017-ci il tarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb. İlk neft Çıraq yatağından 7 noyabr 1997-ci il tarixində əldə edilib.
2024-cü ilin sentyabr ayında AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə AÇG üzrə mövcud HPBS-nə yeni bir əlavənin imzalandığını elan etdik. Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Seçilən
5
3
banker.az

4Mənbələr