AZ

“İnsan alverinin qurbanı olma!” mövzusuna həsr olunan onlayn maarifləndirici görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə onlayn təlim keçilib. Agentliyin əməkdaşı tərəfindən sosial sifarişlər çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarında xidmət göstərən günərzi qayğı və sosial reabilitasiya mərkəzlərinin əməkdaşları insan alveri mövzusunda məlumatlandırılıb. 

 

Təlimin məqsədi ölkəmizdə insan alverinə qarşı mübarizə, insan alverinin səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, insan alverindən zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə insan alverinə səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin aparılması olub. 

 

Görüş zamanı insan alverinin qarşısının alınması üçün əsas müdaxilə metodlarının hazırlanması və bu sahədə atılmalı müvafiq həllər mövzusunda da geniş müzakirələr aparılıb. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Seçilən
6
qht.az

1Mənbələr