Gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimənin məbləği 300 manat oldu.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, 308.2-ci maddənin dispozisiyasında "zibil" sözü "tullantı" sözü ilə, sanksiyasında isə "otuz" sözü "üç yüz" sözləri ilə əvəz edilir.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.