AZ

Şahin Əliyev: "4 300-dən çox vətəndaşımızı təqaüd imkanları ilə təmin etmişik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz sözün əsl mənasında hər kəsi əhatə edən müxtəlif proqramlar həyata keçirmişik. Azərbaycanın 30 fərqli regionunu əhatə edən 4 300-dən çox vətəndaşımızı təqaüd imkanları ilə təmin etmişik".
Oxu.Az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyunçuların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimində çıxışı zaman qurumun sədr müavini Şahin Əliyev deyib.
O bildirib ki, bu 30 regiona hətta işğaldan azad olunmuş ərazilər də daxildir.
"Biz Laçında tədbirdə olduq. Laçından olan vətəndaşlarımızla görüşdük və onların öyrənməyə nə qədər həvəsli olduğunun bir daha şahidi olduq".
Ş.Əliyev qeyd edib ki, "Ümid dili sabahlar" proqramı 270-dən çox təqaüdçünü əhatə edib.
Müavinin sözlərinə görə, 49-cu beynəlxalq ICPC proqramlaşdırma müsabiqəsinə 174 komanda, 600 iştirakçı qatılıb.
Aygün Mirakif
Seçilən
11
50
oxu.az

10Mənbələr