AZ

Azərbaycanda vergi ödəyicilərinin sayı 5,5% artıb

2024-cü ilin dekabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda ümumilikdə 1.590.659 vergi ödəyicisi qeydiyyatdadır. Bu vergi ödəyicilərinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi isə hüquqi şəxslər və digər təşkilatlardır. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,5 faiz artıb, fiziki şəxslərin sayı 5,3 faiz, hüquqi şəxslərin sayı isə 7,2 faiz yüksəlib.

Fins.az xəbər verir ki, dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 188.877 təşkil edib və bu da ötən ilin eyni dövrünə nisbətən 7,9 faiz artım göstərir.

2024-cü ilin yanvar-noyabr aylarında 12.907 kommersiya qurumu dövlət qeydiyyatından keçib, bunlardan 89,2 faizi yerli, 10,8 faizi isə xarici investisiyalı müəssisələrdir. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiz olub.

Dövlət qeydiyyatında olan kommersiya qurumlarının 39.847-si aktiv ƏDV ödəyiciləridir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi isə 32,2 faiz təşkil edir.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi isə kooperativ və digər formalarda yaradılıb. Aktif vəziyyətdə olan kommersiya qurumlarının sayı 123.682 təşkil edir və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artıb.

Seçilən
2
7
fins.az

10Mənbələr