AZ

Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov dekabrın 13-də Kürdəmir şəhərində vətəndaşları qəbul edib.

APA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Qəbulda Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Ədliyyə Ədliyyə
Seçilən
2
4
apa.az

7Mənbələr