AZ

Bəşər Əsəddən sonra ilk cümə namazı… – Video

Suriyada 61 illik “Baas” rejiminin devrilməsindən sonra bu gün Dəməşqdə Əməvi məscidində ilk cümə namazı qılınıb.

Tribunainfo.az  “TRT Haber”ə istinadən xəbər verir ki, ölkənin bir çox hissələrindən minlərlə suriyalı paytaxta axın edib.

Qeyd edək ki, Əməvi məscidi dünyanın ən böyük və qədim məscidlərindən biri hesab edilir.

Onu da xatırladaq ki, Suriyada müxalifət qüvvələri dekabrın 8-nə keçən gecə Dəməşqi ələ keçiriblər. Bunun ardınca, ölkə Prezidenti Bəşər Əsədin ölkəni tərk etdiyi elan edilib.

Seçilən
6
1
tribunainfo.az

2Mənbələr