AZ

Daha bir sığorta şirkətinin lisenziyası LƏĞV EDİLDİ

“Bakı Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş 2009-cu il 4 sentyabr tarixli lisenziya ləğv edilib.

Mərkəzi Bankdan Bizim.Media-ya bildirilib ki, lisenziya “Sığorta fəaliyyəti haqqında”

Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə ləğv olunub.

“Bakı Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.

Bizim.Media

Seçilən
2
26
bizim.media

10Mənbələr