Suriyanın keçmiş prezidenti ölkədən qaçmazdan bir neçə saat əvvəl 30-a yaxın yüksək səviyyəli kəşfiyyat və hərbi məmuru toplayıb və onlara Rusiyadan hərbi yardımın yolda olduğunu bildirib.
Modern.az xəbər verir ki, bunu görüşdə iştirak edən komandirlərdən biri "Reuters" agentliyinə bildirib.
Əsəd iş gününün sonunda ofis menecerinə evə getdiyini desə də, hava limanına gedib.
Nəşr yazır ki, o, helikopterlə İraqa uçan və oradan da Moskvaya yola düşən kiçik qardaşına da xəbərdarlıq etməyib.
Məlumata görə, Əsədin həyat yoldaşı Əsma və üç uşağı onun qaçdığı vaxt artıq Rusiyada idilər.
Ümumilikdə Əsədin gedişi onun ətrafı üçün gözlənilməz olub.
Məlumata görə, Əsəd BƏƏ-yə getməyi planlaşdırırıb, lakin ölkə Avropa və Amerika sanksiyalarından qorxaraq onu qəbul etməkdən imtina edib. Əsədin Moskvaya getməsini Rusiya təşkil edib.