AZ

Mərkəzi Bank bir sığorta şirkətinin lisenziyasını ləğv etdi

"Bakı Sığorta" ASC-yə sığorta fəaliyyətinə verilmiş 2009-cu il 4 sentyabr tarixli lisenziya ləğv edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, lisenziya "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə ləğv olunub.

"Bakı Sığorta" ASC-nin mövcud maliyyə göstəriciləri cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.


Telegram kanalımız
Seçilən
3
26
yenisabah.az

10Mənbələr