AZ

Bu sığorta şirkətinin lisenziyası ləğv edildi

"Bakı Sığorta" ASC-yə sığorta fəaliyyətinə verilmiş 2009-cu il 4 sentyabr tarixli lisenziya ləğv edilib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, lisenziya "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə ləğv olunub.

"Bakı Sığorta" ASC-nin mövcud maliyyə göstəriciləri cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.

Xatırladaq ki, ötən ay İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti "Bakı Sığorta" ASC-nin ləğv olunduğu barədə məlumat yayıb.

Seçilən
2
26
publika.az

10Mənbələr