“Azərbaycan Dəmir Yolları” (ADY) QSC qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, dekabrın 30-da bu marşrut üzrə hər iki istiqamətə qatar reysləri təşkil ediləcək. Eyni zamanda, dekabrın 31-də Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.