AZ

Cənubi Koreya Prezidentinin reytinqi minimuma endi

Cənubi Koreyada qısamüddətli hərbi vəziyyət rejimindən sonra yaranmış siyasi xaos fonunda Prezident Yun Sok Yolun reytinqi minimuma enib.

Publika.az xəbər verir ki, “Gallup Korea” təşkilatının sonuncu rəy sorğusunun nəticələrinə əsasən dövlət başçısına etimad göstəricisi 11 faizə düşüb. Bu rəqəm bir həftə əvvəlki sorğunun nəticəsindən (16 faiz) bir qədər az olmaqla yanaşı, Yun Sok Yolun prezident vəzifəsinin icrasına başlamasından bəri ən aşağı göstəricidir. Sorğuda iştirak edənlərin 75 faizi prezidentin impiçmentini dəstəklədiyini söyləyib.

Xatırladaq ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Müxalifətin üstünlük təşkil etdiyi parlamentin prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul etməsindən sonra o, geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start verib.

Seçilən
1
2
publika.az

2Mənbələr