Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası “Starlink” şəbəkəsinin respublikada fəaliyyətinə lisenziya verib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.
"Dekabrın 4 və 13-də İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasında keçirilən iclaslarda qəbul edilmiş qərarlara əsasən, "Starlinkam" SC şirkətinin Ermənistan Respublikası ərazisində fəaliyyət göstərməsi ilə bağlı müraciətləri təmin edilib", - M.Ayrapetyan sosial şəbəkədə yazıb.
Nazir test mərhələsinə keçdiklərini diqqətə çatdırıb: "Ümid edirəm ki, bu mərhələ yaxın aylarda başa çatacaq və xidmət tam gücü ilə işləyəcək".