AZ

Hikmət Hacıyev:Azərbaycan Rusiya qazını Qərbə satmır

Azərbaycanın Rusiya təbii qazının Qərbə satmağına dair iddialar açıq aydın dezinformasiyanın bariz nümunəsi oldu. Azərbaycan Rusiya qazını Qərbə satmır.

Gundem.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən STRATCOM-2024 çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı bildirib.

Bundan əlavə, 44-günlük müharibə və antiterror əməliyyatı zamanı da Azərbaycana qarşı çoxlu sayda dezinformasiya qeydə alınmışdı.

O qeyd edib ki, Azərbaycan süni intellektdən istifadə edərək dezinformasiya ilə mübarizə aparıb.

H. Hacıyevin sözlərinə görə, müharibənin bitdiyinə baxmayaraq, Azərbaycana qarşı dezinformasiya siyasəti davam etdirilir və Azərbaycan bu məsələni Ermənistan tərəfi ilə də danışıqlar zamanı qarşı tərəfin diqqətinə çatdırır.

Prezidentin köməkçisi onu da əlavə edib ki, dezinformasiya kampaniyaları Bakıda keçirilən COP29-la bağlı da yürüdülürdü.

Hikmət Hacıyevin sözlərinə görə, Türkiyə və Azərbaycan ikitərəfli formatda və TDT çərçivəsində süni intellekt sahəsində də əməkdaşlıq edir.(APA)

Seçilən
1
38
gundem.az

10Mənbələr