Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsəd rejimini devirmiş silahlılar böyük həcmdə "kaptaqon" adlandırılan narkotik maddə aşkar ediblər.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
"Kaptaqon" paytaxtda yerləşən anbarlardan birində aşkar edilib.
Məlumat üçün əlavə edək ki, dünyanın əksər ölkələrində geniş istifadə olunmasa da, Yaxın Şərqdə "kaptaqon" geniş yayılıb.
Onu Suriya və digər kasıb Yaxın Şərq ölkələrində "kasıbın kokaini" adlandırırlar.
"Cebheinfo.az"