AZ

ADSEA hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması çərçivəsində kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir.

ADSEA-dan AZƏRTAC-a bildirilib ki, eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.

Bundan başqa, qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən don vurmalardır. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xəttlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. ADSEA tövsiyə edir ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir.

Qurum istehlakçıların diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə don vurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır.

Don vurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur.

Seçilən
2
38
azertag.az

8Mənbələr