AZ

Borca görə axtarışda olan daha 102 nəfər saxlanıldı - BİR GÜNDƏ

Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Korrespondent.az bildirir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumatda belə deyilir.

Qeyd olunur ki, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən, borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Seçilən
0
21
korrespondent.az

10Mənbələr