Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.