AZ

Şolz: Əminəm ki, Aİ Suriyanın yenidən qurulmasına yardım edəcək

Şolz: Əminəm ki, Aİ Suriyanın yenidən qurulmasına yardım edəcək

Almaniya kansleri Olaf Şolz Avropanın Suriyanın yenidən qurulmasına kömək edəcəyinə əmin olduğunu bildirib.“Suriyanın bir dövlət olaraq suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlaması da vacibdir. Heç bir ölkə başqasının, daha güclünün arxa bağçası ola bilməz. Bunu təmin etmək yeni rəhbərliyin ən mühüm vəzifəsidir. Onunla bu əsasda işləyəcəyik. Avropa da bərpaya kömək edəcək”, - o, X səhifəsində dərc olunan müraciətində bildirib.Eyni zamanda o qeyd edib ki, hazırda Almaniyada yüz minlərlə suriyalı yaşayır. Onun sözlərinə görə, cəmiyyətə uğurla inteqrasiya edən şəxslər Almaniyada təhlükəsiz qala bilərlər.

Seçilən
13
50
afn.az

10Mənbələr