AZ

“Şamaxı” “Səbail”lə heç-heçə etdi

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 17-ci tura start verilib. 

QOL.az xəbər verir ki, ilk günə nəzərdə tutulmuş 2 matçdan artıq 1-i başa çatıb.

Turun açılış matçı Şamaxıda baş tutur. Meydan sahibi komanda “Səbail”i qəbul edib. Görüşün 14:00-da başlaması planlaşdırılsa da, Şamaxı şəhərindəki qarlı hava şəraiti səbəbindən görüş saat 14:20-də start götürüb. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Hər iki komanda bundan əvvəlki son 3 görüşdə xal qazanmağı bacarmamışdı.  “Səbail” 8 turdur qələbəyə qalib gələ bilmir. Maraqlıdır ki, “dənizçilər” sonuncu dəfə məhz “Şamaxı” üzərində qələbəyə sevinib - 2:0. Ayxan Abbasovun komandası isə artıq 10 turdur qalib gələ bilmir. 

Bu matçı prinsipial edən bir məqam da Cavid Hüseynovla bağlı olub. Belə ki, hazırda “Səbail”in baş məşqçisi olan Hüseynov 2 il əvvəl “Şamaxı”nı çalışdırırdı. Komanda məhz onun rəhbərliyi altında son turda “Səbail”ə uduzaraq Premyer Liqa ilə vidalaşmışdı. 

Günün ikinci matçında isə lider “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. 

Misli Premyer Liqası

17-ci tur

14 dekabr (şənbə)

14:00. “Şamaxı” - “Səbail” - 0:0
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu

16:30. “Araz-Naxçıvan” - “Sabah”
Hakimlər:
İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Liv Bona Dea Arena  

15 dekabr (bazar)
 
16:00. “Zirə” – “Turan Tovuz” 
18:30. “Neftçi” - “Kəpəz” 

16 dekabr (bazar ertəsi)
 
19:00. “Qarabağ” - “Sumqayıt” 
 

N Klublar O Q H M T-F X
1 Araz-Naxçıvan 16 12 3 1 21-10 39
2 Qarabağ 15 12 2 1 39-7 38
3 Turan Tovuz 16 8 6 2 23-14 30
4 Zirə 16 8 2 6 27-16 26
5 Sabah 16 5 8 3 25-21 23
6 Sumqayıt 16 6 1 9 15-21 19
7 Şamaxı 16 3 5 8 13-21 14
8 Neftçi 16 2 7 7 13-25 13
9 Kəpəz 16 3 1 12 11-39 10
10 Səbail 17 2 3 12 16-29 9

Bombardirlər:

Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 7 qol
Davit Volkov ("Zirə") - 7 qol

Seçilən
1
4
teleqraf.com

10Mənbələr