Bakı, 14 dekabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XVII tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “Şamaxı” və “Səbail” komandaları çıxıblar. Şamaxı şəhər stadionunda reallaşan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra bölgə klubu 14 xalla 7-ci, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cu pillədə qalıb.
Günün ikinci qarşılaşmasında turnir cədvəlinin lideri “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. "Liv Bona Dea Arena"da təşkil olunacaq matç saat 16:30-da start götürəcək.
Naxçıvan təmsilçisi 39 xalla birinci, “bayquşlar” isə 23 xalla 5-ci sıradadır.
Qeyd edək ki, XVII turun digər oyunları dekabrın 15-16-da keçiriləcək.