AZ

Cavid Hüseynov: "Buzda futbol oynamaq yaxşı olmadı"

"Səbail" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vemirdi. Hava şaraiti öncədən bilinirdi, sinoptiklər məlumat vermişdi. Meydandançın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi "Zirə" ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq.

- "Səbail"də ilk xalınızı keçmiş komandanızdan aldız. Hissləriniz necədir?

- Hər oyun mənim üçün eynidir, rəqibin fərqi yoxdur. "Səbail"də 4-cü matçımdır. İstəyərdim ki, qələbə qazanaq.

"Şamaxı" - "Səbail" oyunu nəzərdə tutulan vaxtdan gec başlayacaq

Sloveniya klubunun rəsmiləri “Qarabağ”ın akademiyasında

Misli Premyer Liqası: XVII turun təyinatları

DÇ-2026: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Renat oynadı, komandası məğlub oldu

Seçilən
137
5
apasport.az

10Mənbələr